Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:16
30
Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

“Maklaren”in pilotu Lando Norris "Formula-1"in 2027-ci il mövsümündə çempionluğa iddia etmək üçün komandanın bolidi təkmilləşdirməyə davam etməli olduğunu deyib.

İdman.Biz Sky Sports-a istinadən xəbər verir ki, britaniyalı pilot Braziliya Qran-prisində təqdim olunan yenilikləri müsbət qiymətləndirsə də, komandanın hələ lazımi səviyyəyə çatmadığını etiraf edib:

“Yeniliklər gözlədiyimiz kimi işlədi. Onlar olmasaydı, geriliyimiz daha böyük olardı. Amma bu, yenə də kifayət etmir. İndi həmişə hamıdan sürətli olacağımızı söyləmək olmaz. Nəticə strategiyadan, pit-stoplardan, pilotajdan və səhvlərə yol verməməkdən asılıdır”.

Norris qazanılan poul mövqeyinin və qələbənin mühüm nailiyyət olduğunu, lakin arxayınlaşmağa əsas vermədiyini vurğulayıb:

“İrəliyə doğru addım atdığımız üçün sevinirik, amma hələ kifayət qədər yaxşı olmadığımızı anlayırıq. Lazımi səviyyədə deyilik və yeniliklər paketimizə tam əmin deyilik. Tədricən hədəfə yaxınlaşırıq, ancaq daha sürətlə irəliləmək istərdik. Qarşıda çox işimiz var və hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”.

İdman.Biz