Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardları 41 yaşlı britaniyalı pilot Lyuis Hemiltonu (Ferrari) Macarıstan Qran-Prisinin əsas yarışında Oskar Piastriyə (McLaren) maneə törətdiyinə görə startda üç mövqelik cəzalandırıb.
İdman.Biz bildirir ki, Heçilton yeddiqat “Formula-1” çempionudur.
“Stüardlar 44 nömrəli avtomobilin sürücüsünü (Lyuis Hemilton), 81 nömrəli avtomobilin sürücüsünü (Oskar Piastri) və komanda nümayəndələrindən məlumat aldılar, həmçinin video yazıları, telemetriyanı, komanda radio rabitəsini və avtomobildə olan video görüntüləri araşdırdılar.
1-ci döngəyə yaxınlaşarkən 44 nömrəli avtomobil yarış xəttində xeyli yavaş hərəkət edirdi, 81 nömrəli avtomobil isə sürətli bir dövrə ilə yaxınlaşırdı. 44 nömrəli avtomobilin sürücüsü izah etdi ki, o, sürətli bir dövrəni yeni başa vurub və 81 nömrəli avtomobilin yaxınlaşması barədə o, artıq yaxınlıqda olana qədər komandadan radiomesaj almayıb. O, həmçinin bildirib ki, avtomobilinin trasdakı mövqeyinə görə 81 nömrəli avtomobil güzgülərində görünmürdü.
81 nömrəli avtomobil sürətli dövrə vurarkən trasdan yayınmaq məcburiyyətində qalıb və bu da cəhdin dayandırılması ilə nəticələnib. Mövcud dəlilləri nəzərdən keçirdikdən sonra stüardlar 44 nömrəli avtomobilin sıralanma turu zamanı 81 nömrəli avtomobilə əsassız olaraq mane olduğunu müəyyən ediblər.
FIA “Formula-1” Texniki Reqlamentinə və sıralanma turu zamanı bu cür qayda pozuntusuna görə müəyyən edilmiş cəza qaydalarına uyğun olaraq, stüardlar 44 nömrəli avtomobilin sürücüsünə startda üç mövqelik cərimə tətbiq edirlər”, - stüardların qərarında deyilir.
