Kimi Antonelli Belçika Qran-prisinin qalibi oldu

19 İyul 2026 18:57
401
Kimi Antonelli Belçika Qran-prisinin qalibi oldu

Belçika Qran-prisində Lekler və Ferstappen fəxri kürsüyə qalxıb, Rassell isə mübarizəni dayandırıb

Bu gün “Spa-Frankorşam” trasında 2026-cı il mövsümündə “Formula-1” üzrə Belçika Qran-prisinin onuncu mərhələsinin əsas yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, yarışın qalibi Almaniyanın “Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli olub. İkinci yeri İtaliyanın “Ferrari” komandasının monakolu sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü isə Avstriyanın “Red Bull” komandasından Maks Ferstappen tamamlayıb.

Corc Rassell mübarizəni yarımçıq dayandıraraq finişə çata bilməyib. Lyuis Hemilton isə pit-stop zamanı son anda maşına tərəf uzanan mexaniki vurub.

İdman.Biz