Beynəlxalq Avtomobil Federasiyası (FIA) komandaların və mühərrik tədarükçülərinin rəyini nəzərə almadan texniki reqlamentə dəyişiklik etmək imkanına malikdir.
İdman.Biz “The Race” portalına istinadla xəbər verir ki, əgər məsələ yarışların keçirilmə təhlükəsizliyi ilə bağlıdırsa, reqlament federasiyaya belə bir səlahiyyət tanıyır.
Bildirilir ki, bu, son dərəcə kəskin tədbirdir və yalnız bu gün, aprelin 20-də keçiriləcək danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə tətbiq oluna bilər.
Hazırda “Formula-1”in fərdi hesabında maraqlı mənzərə yaranıb. Siyahıya “Mercedes”in 19 yaşlı pilotu Andrea Kimi Antonelli başçılıq edir. İtaliya təmsilçisinin aktivində 72 xal var.
