“Formula-1” üzrə “Red Bull” komandasının Monako Qran-prisi öncəsi ciddi problemlərlə üzləşdiyi bildirilir.
İdman.Biz xəbər verir ki, sabiq “Formula-1” pilotu Colion Palmer Avstriya təmsilçisinin bu həftəsonu qələbə uğrunda mübarizədə çətinlik çəkəcəyini düşünür.
Onun sözlərinə görə, “Red Bull”un yeganə müsbət tərəfi sprintdən sıralama turuna qədər aparılan dəyişikliklərdən sonra boliddə müəyyən uyğunlaşmanın tapılmasıdır. Palmer sektor göstəricilərinə baxdıqda Maks Ferstappen və İsak Hacarın birinci sektorda sürətli olduğunu bildirib.
Sabiq pilot bunu “Red Bull” üçün hələlik əsas ümid nöqtəsi sayır. Lakin o, komandanın Monakoda həftəsonuna son yarışlardakından daha yaxşı başlamalı olduğunu vurğulayıb.
Kanada Qran-prisində RB22-nin “Mersedes”, “Maklaren” və “Ferrari”dən sonra dördüncü ən güclü bolid olduğu qeyd olunur. Ferstappen həmin yarışda mövsümdə ilk dəfə podiuma yüksəlsə də, bu nəticədə Corc Rassellin mübarizəni dayandırması və “Maklaren”in strateji səhvləri də rol oynayıb.
Digər ekspert Ceyms Hinçklif (James Hinchcliffe) isə Ferstappenin Kanadadakı podiumunu tam güclü nəticə kimi qiymətləndirmir. Onun fikrincə, “Red Bull”un bolidi Monako kimi qabarıqlı və bordürlərdən çox istifadə oynadığı trasda ilk üç komanda ilə eyni səviyyədə rəqabət aparmaqda çətinlik çəkəcək.
