“Ferrari”dən FIA-ya təcili şikayət: “Mersedes”in bolidi yoxlanılacaq!

24 Mart 2026 17:28
90
“Ferrari”dən FIA-ya təcili şikayət: “Mersedes”in bolidi yoxlanılacaq!

“Formula-1” üzrə “Ferrari” komandası rəqibi “Mersedes”in bolidini yoxlamaq tələbi ilə Beynəlxalq Avtomobil Federasiyasına (FIA) müraciət edib.

İdman.Biz “Autoracer” nəşrinə istinadla xəbər verir ki, İtaliya təmsilçisinin rəqib komandanın ön antiqanadı, xüsusən də tormozlama zamanı qanadcıqların işləmə prinsipi ilə bağlı ciddi şübhələri yaranıb. Çin Qran-prisində antiqanadın qanadcıqlarının iki mərhələdə işə düşdüyü müşahidə edilib. Bu isə texniki reqlamentin pozulması demək ola bilər, çünki qaydalara görə, qapanma vaxtı 0,4 saniyəni keçməməlidir.

“Ferrari”nin ehtimalına görə, nəzarət sensorları qapanmanı artıq ilk mərhələdən sonra qeydə alır, lakin faktiki olaraq proses daha gec yekunlaşır. FIA-nın bu məsələ ilə bağlı xüsusi yoxlama aparacağı və qarşıdan gələn Yaponiya Qran-prisinə qədər müvafiq qərar qəbul edəcəyi gözlənilir.

İdman.Biz