Ralf Şumaxerdən Hemiltona məsləhət: “Gənclərə yol ver”

14 May 2026 10:43
145
Ralf Şumaxerdən Hemiltona məsləhət: “Gənclərə yol ver”

“Formula-1” üzrə İtaliyanın “Ferrari” komandasının pilotu Lyuis Hemiltonun gələcəyi ilə bağlı sərt proqnoz səsləndirilib.

İdman.Biz xəbər verir ki, sabiq “Formula-1” pilotu Ralf Şumaxer yeddiqat dünya çempionunun komanda yoldaşı Şarl Leklerə qarşı uzunmüddətli mübarizədə üstünlük qazana bilməyəcəyini deyib. O, bu fikirləri “Sky Sports Germany”də səsləndirib.

Şumaxer Hemiltonun bu mövsüm daha yaxşı formada olduğunu qəbul etsə də, yaş amilinin həlledici rol oynayacağını düşünür:

“Dürüst olmalıyam, Hemilton bu il daha yaxşı formadadır, buna şübhə yoxdur. Amma etiraf etmək lazımdır ki, ilboyu və uzunmüddətli perspektivdə onun Leklerə qarşı şansı yoxdur. Reallıq budur”.

Almaniyalı mütəxəssis Hemiltonla yanaşı, Fernando Alonsonun da mövsümün sonunda kokpitdən ayrılmasının daha doğru olacağını bildirib. Onun fikrincə, hər iki veteran pilot “Formula-1”də böyük dövr keçirib, lakin artıq gənc sürücülərə yer verməyin vaxtıdır.

Şumaxer “Ferrari” üçün potensial namizəd kimi Oliver Bermanın adını çəkib. O, britaniyalı pilotun şans qazanacağı təqdirdə Lekler üçün ciddi rəqabət yarada biləcəyini vurğulayıb.

İdman.Biz