“Alpine” F1 komandasının avtomobili qəzaya uğrayıb

12 May 2026 05:05
248
“Alpine” F1 komandasının avtomobili qəzaya uğrayıb

Böyük Britaniyanın Middlviç şəhərindəki “A54 Holmes Chapel Road” yolunda iki yük maşını və iki minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

İdman.Biz-in “Sandbach Nub News”a istinadən verdiyi məlumata görə, yük maşınlarından biri “Alpine” “Formula-1” komandasına məxsus olub və avadanlıq daşımaq üçün istifadə olunurmuş.

Hadisə nəticəsində ərazidə uzunmüddətli tıxac yaranıb. Xəsarət alan yoxdur.

İdman.Biz