Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Aston Martin” avtomobillərindən əldə edilən məlumatları diqqətlə araşdırır və avtomobilləri sürücülər üçün təhlükəli hesab edərsə, tədbir görə bilər.
İdman.Biz bu barədə İtaliyanın “FormulaTecnica” nəşrinə istinadən məlumat verir.
Çin Qran-prisində hər iki sürücü “Honda” mühərrikinin titrəmələri ilə bağlı problemlərə görə yarışdan kənarlaşdırılıb. Lens Strollun avtomobili xarab olub, Fernando Alonso isə qol və ayaqlarında uyuşmadan şikayətlənib. İkiqat “Formula-1” çempionu düz yollarda əllərini sükandan çəkib.
İddia olunur ki, FIA titrəmələri təhlükəsizlik problemi hesab edərsə, müdaxilə etmək məcburiyyətində qalacaq. Komandadan daha mühafizəkar mühərrik parametrlərindən istifadə etmələri və ya hətta yarışlardan kənarlaşdırıla bilər. Nəşr “Aston Martin”in Yaponiya Qran-prisindən kənarlaşdırılması ehtimalını "o qədər də gözlənilməz ssenari deyil" adlandırır.
