PSJ UEFA Superkubokunu da qazanıb - VİDEO/YENİLƏNİB

Xəbərlər
14 Avqust 2025 01:10
484
PSJ UEFA Superkubokunu da qazanıb - VİDEO/YENİLƏNİB

UEFA Superkuboku uğrunda oyun keçirilib.

İdman.biz xəbər verir ki, qarşılaşmada 2024/2025 mövsümündə Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının güclüsü "Tottenhem"lə üz-üzə gəlib.

İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tutan matçda qaydalara əsasən, oyunun əsas vaxtı heç-heçə başa çatarsa, əlavə vaxt olmayıb və qalib birbaşa penaltilər seriyası ilə müəyyənləşib. "Tottenhem" görüşün 85-ci dəqiqəsinədək hesabda 2:0 öndə olsa da, parislilər geridönüş edə biliblər. Əvvəlcə Kan Li, sonra 90+4-cü dəqiqədə Qonsalo Ramuş fərqlənib.

Nəticədə qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan PSJ Avropa superkubokuna sahib çıxıb.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim vəzifəsini icra edib.

UEFA Superkuboku
13 avqust
23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2, pen. 4:3
Qollar:
Kan Li, 85. Qonsalo Ramuş, 90+4 - Van de ven, 39. Romero, 48

Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu

Qeyd edək ki, indiyədək keçirilmiş 49 Superkubok matçının 29-da Çempionlar Liqasının (Çempionlar Kubokunun) qalibləri, 20-də Avropa Liqasının (UEFA Kubokunun) sahibləri qələbə qazanıb.

İdman.biz