“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper Bizon Azərbaycan Kubokunun yarımfinalında “Sabah” ilə keçirilən və komandası üçün uğursuz nəticələnən qarşılaşmadan (1:2, 2:2) dərhal sonra “Instagram” hekayəsində “indi kimin kim olduğunu bilirik” sözlərini yazıb.
Bu ifadə isə birmənalı qarşılanmayıb.
Azarkeşlər arasında müxtəlif fikirlər formalaşıb. Bəziləri paylaşımın oyunda baş verən hadisələrə işarə etdiyini düşünür, digərləri isə bunun komandadaxili gərginlik yaşayan və matçdan sonra müəmmalı paylaşımı ilə gündəmə gələn Elvin Cəfərquliyevə ünvanlandığını iddia edir.

