Yulian Naqelsman: “Kurasao millisi də futbol oynamağı bacarır”

15 İyun 2026 02:10
92
Yulian Naqelsman: “Kurasao millisi də futbol oynamağı bacarır”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman DÇ-2026-nın E qrupunun birinci turunda Kurasao üzərində qazanılan 7:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis rəqibin hesabı bərabərləşdirməsindən sonra komandasının oyuna qayıtmaq üçün bir neçə dəqiqəyə ehtiyac duyduğunu bildirib.

“Kurasao hesabı bərabərləşdirəndən sonra yenidən oyuna qayıtmağımız üçün bir neçə dəqiqə lazım oldu. Gördüyümüz kimi, Kurasao millisi də futbol oynamağı bacarır. Bu komandanın qrupdakı növbəti matçlarda özünü necə göstərəcəyi mənə maraqlıdır”, - deyə Nagelsman FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Baş məşqçi Almaniyanın çıxışından razı qaldığını vurğulayıb:

“Yeddi qol vurduğumuza görə çox məmnunam. Komandamızın oyununu da demək olar ki, tamamilə bəyəndim. Turnirə qələbə ilə başlamaq həmişə vacibdir. Buna nail olduğumuz üçün çox sevinirik”.

İdman.Biz