Kay Haverts 7:1 hesablı qələbəni “yaxşı başlanğıc” adlandırıb

15 İyun 2026 00:39
86
Kay Haverts 7:1 hesablı qələbəni “yaxşı başlanğıc” adlandırıb

Almaniya millisinin hücumçusu Kay Haverts DÇ-2026-nın E qrupunun birinci turunda Kurasao üzərində qazanılan 7:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada iki qol vuran və matçın ən yaxşı futbolçusu seçilən forvard komandasının çıxışından razı qaldığını bildirib.

“Ümumilikdə necə oynadığımıza nəzər salsaq, razı qala bilərik. Bu nəticə qarşıdakı tapşırıqlar öncəsi bizə özünəinam verməlidir. Dünya çempionatındakı ilk oyun həmişə çətin olur. Biz bunu əvvəllər də yaşamışıq. Buna görə 7:1 hesablı qələbəyə çox sevinirik. Bu, yaxşı başlanğıc oldu”, - deyə Haverts FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Almaniyalı futbolçu artıq növbəti görüşü düşündüklərini vurğulayıb:

“İndi yaxşı bərpa olunmalı, daha sonra bütün diqqətimizi növbəti oyuna yönəltməliyik”.

Qeyd edək ki, Almaniya üç xalla E qrupunun lideridir. Bundestim ikinci turda 20 iyunda Kot-d'İvuar, üçüncü turda isə 25 iyunda Ekvador millisi ilə qarşılaşacaq.

İdman.Biz