Almaniyalı məşqçi Yürgen Klopp DÇ-2026-nın E qrupunun birinci turunda keçirilən Almaniya - Kurasao matçını tribunadan izləyib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis Almaniya millisinin turnirdəki ilk qarşılaşmasında stadionda olub.
Klopp bundestimin Kurasao üzərində qazandığı 7:1 hesablı inamlı qələbəyə canlı şahidlik edib.
Qeyd edək ki, Almaniya yeddi qolluq qələbə sayəsində dünya çempionatına üç xalla başlayıb.
