Mərakeş millisindən mundialda unikal hadisə

14 İyun 2026 22:21
102
Mərakeş millisindən mundialda unikal hadisə

Mərakeş milli komandası 2026-cı il Dünya Çempionatında qeyri-adi göstərici ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Braziliya ilə C qrupunun ilk tur matçının 64-cü dəqiqəsindən etibarən Mərakeşin meydanda olan 11 futbolçusundan heç biri bu ölkədə doğulmayıb.

Həmin dəqiqədə Mərakeşdə dünyaya gələn yeganə əsas heyət üzvü Əzzəddin Unahi Bilal El-Xannusla birlikdə əvəzlənib. Onların yerinə Belçikada doğulan Şəmsəddin Talbi və Fransada dünyaya gələn Samir El-Murabit meydana çıxıblar.

Bundan sonra Mərakeş millisi oyunu İspaniya, Fransa, Belçika, Niderland və Kanadada doğulan futbolçularla davam etdirib.

Qeyd edək ki, Braziliya - Mərakeş qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz