Geert Vilders Mərakeş millisini təhqir etdi - FOTO

14 İyun 2026 21:36
111
Geert Vilders Mərakeş millisini təhqir etdi - FOTO

Niderlandın Azadlıq Partiyasının lideri Geert Vilders Mərakeş milli komandasının 2026-cı il Dünya Çempionatı ilə bağlı paylaşımını təhqiramiz ifadə ilə şərh edib.

İdman.Biz xəbər verir ki, Mərakeş millisinin rəsmi sosial şəbəkə hesabında futbolçuların meydanda səcdə etdiyi foto yayımlanıb. Braziliya ilə qarşılaşma ərəfəsində təqdim olunan şəklin üzərində “İnşallah qələbə” qeydi yer alıb.

İslam əleyhinə sərt mövqeyi ilə tanınan Vilders sözügedən paylaşımı öz hesabında sitat gətirərək komandanın inancını ələ salıb və təhqiramiz ifadə işlədib.

Niderlandlı siyasətçinin dini dəyərləri hədəfə alan ifadəsi sosial şəbəkələrdə etirazla qarşılanıb.

Qeyd edək ki, Vilders daha əvvəl də Niderlandda yaşayan mərakeşlilərlə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

İdman.Biz