FIFA Seneqalın formasındakı ulduzu sildirdi

14 İyun 2026 19:21
116
FIFA Seneqalın formasındakı ulduzu sildirdi

Seneqal milli komandası 2026-cı il Dünya Çempionatında oyun formasının dizaynını dəyişməli olub.

İdman.Biz jurnalist Mikki Juniora istinadən xəbər verir ki, FIFA milli komandanın emblemi üzərində yerləşdirilən ulduzun formadan çıxarılmasını tələb edib.

Buna FIFA turnirlərində formalardakı ulduzların yalnız Dünya Çempionatında qazanılan titulları ifadə etməsi ilə bağlı qayda səbəb olub.

Seneqal yığması həmin ulduzu 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olduqdan sonra formasına əlavə edib.

Mənbənin məlumatına görə, ali futbol qurumu formanın DÇ-2026-nın qaydalarına uyğun olmadığını bildirib və mundial qarşılaşmalarından əvvəl dəyişiklik edilməsini tələb edib.

Daha əvvəl Misir millisi də analoji vəziyyətlə üzləşib. FIFA Afrika Millətlər Kubokunda qazanılan çempionluqları simvolizə edən ulduzların Misir yığmasının formasından çıxarılmasını istəyib.

Qeyd edək ki, Seneqal DÇ-2026-nın I qrupunda Fransa, Norveç və İraq milliləri ilə mübarizə aparır.

İdman.Biz