Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2026-nın E qrupunun birinci turunda Kurasao üzərində qazanılan 7:1 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper komandasının oyunundan və meydana sonradan daxil olan futbolçuların təsirindən razı qaldığını bildirib.
“Bu oyun bizi çox sevindirdi. Əvəzetmələr də komandaya əlavə güc verdi. Komandamızın nə qədər birlik içində olduğunu özünüz də görə bilərsiniz”, - deyə Noyer FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.
39 yaşlı qapıçı bu nəticəni Almaniyanın DÇ-2014-ün yarımfinalında Braziliyanı 7:1 hesabı ilə məğlub etdiyi tarixi qarşılaşma ilə müqayisə edib:
“Bəli, bu, dünya çempionatının yarımfinalında Braziliya üzərində qazanılan qələbə deyil, ilk turda Kurasao ilə oyun idi. Amma turnirə yaxşı başlamaq çox vacibdir. Buna nail olduğumuz üçün razıyıq”.
View this post on Instagram
