Jorj Kaşkilya: “Bu, həmin jurnalistə cavabımızdır”

12 Aprel 2026 20:38
184
Jorj Kaşkilya: “Bu, həmin jurnalistə cavabımızdır”

“İmişli” Misli Premyer Liqasının 27-ci turunda səfərdə “Qəbələ”ni minimal hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib. O, komandasının xarakter göstərdiyini bildirib.

“Neftçi” ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi, lakin bu kollektiv öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda dörd xal yığmağımız bizim üçün çox vacib idi”, - deyə mütəxəssis söyləyib.

Mütəxəssis “Neftçi” ilə matçdan sonra ona verilən suala da eyham vurub:

“Üzümü tutub bir jurnalistə cavab vermək istəyirəm. “Neftçi” ilə oyundan sonra bizə demişdi ki, “Turan Tovuz”la görüşdə 7:0-a hazırsız? Bu da bizim ona cavabımız”.

Kaşkilya oyunun taktiki mübarizə şəraitində keçdiyini vurğulayıb:

“Qəbələ” çox ağır rəqibdir, hücuma sürətli keçirlər. Taktikamız və strategiyamız gözəl işlədi. Bu çətin oyunu klub prezidentimizə həsr edirik, bu gün onun doğum günüdür”.

Baş məşqçi sonda əsas hədəflərinin Premyer Liqada yeri qorumaq olduğunu qeyd edib:

“Əzmkarlıqla komanda mənliyini sübut etdi. “Karvan”, “Qəbələ”, “Kəpəz” kimi komandalar arasında biz də varıq. Hazırda 26 xalımız var və mövqeyimizi itirməmişik”.

İdman.Biz