Bundesliqa: Lukas Höler “Maynts”ın məğlubiyyətinə səbəb oldu - YENİLƏNİB

12 Aprel 2026 23:45
971
Bundesliqa: Lukas Höler “Maynts”ın məğlubiyyətinə səbəb oldu - YENİLƏNİB

Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində “Maynts” öz meydanında “Frayburq”u qəbul edib. Meydan sahibləri bu görüşdən məğlubiyyətlə ayrılıblar - 0:1.

İdman.Biz xəbər verir ki, oyunun ilk hissəsində hər iki komanda hücumlar təşkil etsə də, hesab açılmayıb. Fasilədən dərhal sonra isə matçın taleyi həll olunub. Görüşün 47-ci dəqiqəsində Mattias Ginterin ötürməsini qola çevirən Lukas Höler qonaqları önə çıxarıb. Qalan dəqiqələrdə “Frayburq” müdafiədə inamlı oynayaraq qapısını toxunulmaz saxlayıb və bu qol qarşılaşmada yeganə olub.

Bu qələbədən sonra “Frayburq” xallarının sayını 40-a çatdıraraq Bundesliqanın turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. 33 xalı olan “Maynts” isə doqquzuncu yerdədir.

Xatırladaq ki, “Frayburq” çempionatın ilk dövrəsində də rəqibini darmadağın etmişdi (4:0).

22:21

“Ştutqart” Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində öz meydanında “Hamburq”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Ştutqart”ın heyətində Angelo Ştiller (21-ci dəqiqə), Kris Fürix (32-ci dəqiqə), Maksimilian Mittelştadt (56-cı dəqiqə) və Bilal Əl-Hannus (86-cı dəqiqə) fərqləniblər.

Bu qələbədən sonra xallarının sayını 56-ya çatdıran “Ştutqart” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 31 xalı olan “Hamburq” isə 12-ci sırada yer alıb.

20:09

“Köln” Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində öz meydanında “Verder”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Köln”ün heyətində Səid Əl-Mala (yeddinci dəqiqə), Raqnar Axe (65-ci dəqiqə) və İsak Yohannesson (90+7-ci dəqiqə) fərqləniblər. Qonaqların yeganə qoluna isə 75-ci dəqiqədə Romano Şmid imza atıb.

Matçın 24-cü dəqiqəsində Bremen klubunun müdafiəçisi Marko Fridl qırmızı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Köln” turnir cədvəlində 13-cü pilləyə yüksəlib. 28 xalı olan “Verder” isı 15-ci sırada qərarlaşıb.

İdman.Biz