Liqa 1 : “Lion” “Loryan”ı iki cavabsız qolla məğlub edib - YENİLƏNİB

13 Aprel 2026 00:57
872
Liqa 1 : “Lion” “Loryan”ı iki cavabsız qolla məğlub edib - YENİLƏNİB

Fransa Liqa 1-in 29-cu turu çərçivəsində “Lion” öz meydanında “Loryan”ı qəbul edib. “Qrupama” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 49-cu dəqiqədə “Lion”un hücumçusu Roman Yaremçuk açıb. Cəmi yeddi dəqiqə sonra yarımmüdafiəçi Korentin Tolisso komandasının ikinci qoluna imza ataraq yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra 29 oyundan 51 xal toplayan “Lion” Fransa çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Aktivində 38 xal olan “Loryan” isə doqquzuncu sırada yer alıb.

22:16

Fransa Liqa 1-in 29-cu turu çərçivəsində “Tuluza” öz meydanında “Lill”i qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Lill”in heyətində qolları 23-cü dəqiqədə Toma Mönye, 50-ci dəqiqədə Romen Perro, 55-ci dəqiqədə Matias Fernandes və 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Olivye Jiru vurublar.

Meydan sahibləri 48-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıblar. “Tuluza”nın müdafiəçisi Mark Makkenzi qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Lill” Fransa çempionatında üçüncü yerə qalxıb. 37 xalı olan “Tuluza” isə ilk onluğu qapayır.

Paralel keçən oyunda “Nitsa” doğma meydanda “Havr”ı sınağa çəkib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qonaqlar birinci hissənin sonlarında önə keçiblər. 45-ci dəqiqədə Rassul Ndiayenin ötürməsindən sonra Mbvana Samatta fərqlənib. Fasilədən sonra təzyiqi artıran meydan sahibləri məğlubiyyətdən qaça biliblər. Əli Abdi vurduğu qolla “Nitsa”ya bir xal qazandırıb.

Bu nəticədən sonra “Havr” 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Aktivində 28 xal olan “Nitsa” isə 15-ci sırada yer alıb.

Qeyd edək ki, çempionatın ilk dövrəsində keçirilən oyunda “Nitsa” səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz