Ronaldo: “Braziliyada dünyanın ən yaxşı futbolçuları və tarixin ən yaxşı məşqçilərindən biri var”

13 İyun 2026 16:20
108
Ronaldo: “Braziliyada dünyanın ən yaxşı futbolçuları və tarixin ən yaxşı məşqçilərindən biri var”

Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldo 2026-cı il dünya çempionatında komandasının şanslarını dəyərləndirib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, sabiq hücumçu yığmanın heyətinə və baş məşqçi Karlo Ançelottiyə böyük inam bəslədiyini bildirib.

“Bizdə dünyanın ən yaxşı futbolçuları və bütün dövrlərin ən yaxşı məşqçilərindən biri var. Neymarın xüsusi istedadı və dahiliyi var. Onsuz keçinmək mümkün deyil. Ançelottinin seçimi əla qərardır”, - deyə Ronaldo vurğulayıb.

O, həmçinin Braziliya millisinin dünya çempionatında uğurlu çıxış etmək üçün kifayət qədər güclü heyətə malik olduğunu qeyd edib.

Qeyd edək ki, Neymar baş məşqçi Karlo Ançelottinin qərarı ilə DÇ-2026 üçün Braziliya millisinin heyətinə daxil edilib.

İdman.Biz