Türkiyə Superliqasında sensasiya: “Fənərbağça” ilk məğlubiyyətini aldı - YENİLƏNİB + VİDEO

16 Avqust 2026 00:41
1 281
Türkiyə Superliqasında sensasiya: “Fənərbağça” ilk məğlubiyyətini aldı

Türkiyə Superliqasında birinci turun növbəti oyunları keçirilib.

İdman.Biz bildirir ki, “Gənclərbirliyi” ötən mövsümün gümüş mükafatçısı “Fənərbağça”nı qəbul edib.

Oyunda hesabı 13-cü dəqiqədə “Fənərbağça”lı Anderson Talişka açıb. 37-ci dədiqədə “Gənclərbirliyi” Franko Tonqyanın qolu ilə hesabı bərabərləşdirib. 56-cı dəqiqədə isə Oğulcan Ülgünü qolu ilə “Gənclərbirliyi” önə çıxıb – 2:1. Matç bu hesabla da bitib.

“Trabzonspor” səfərdə “Kasımpaşa” ilə 1:1 edib. Trabzonluların qolunu 43-cü dəqiqədə Saviola vurub. Ev sahiblərinin oyunçusu Benediçak 56-cı dəqiqədə penaltidən cavab qoluna imza atıb. “Trabzonspor”un yeni transferi Məhəmməd Salah 58-ci dəqiqədə meydana daxil olub və heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.

“Rizespor” səfərdə “Konyaspor”u 90+7-də Qazim Laçinin qolu ilə 1:0 məğlub edib.

“Qaziantep” – “Alanyaspor” oyunu da 1:1 bitib. Meydan sahiblərinin qolunu 61-ci dəqiqədə Deyan Soresku, qonaqların qolunu isə 20-ci dəqiqədə Ruan Duarte vurub.

10:58

Türkiyə Super Liqasında 2026/27 mövsümünün ilk turunun oyunları bu gün də davam edəcək.

İdman.Biz xəbər verir ki, bu gün turnirdə dörd qarşılaşma keçiriləcək.

Günün ilk oyunlarında “Konyaspor” “Rizespor”u, “Kasımpaşa” isə “Trabzonspor”u qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha sonra “Gənclərbirliyi” “Fənərbağça” ilə, “Qaziantep” isə “Alanyaspor”la qarşılaşacaq.

Bu matçların startı Bakı vaxtı ilə 22:30-da veriləcək.

15 avqust

20:00 - “Konyaspor” - “Rizespor”

20:00 - “Kasımpaşa” - “Trabzonspor”

22:30 - “Gənclərbirliyi” - “Fənərbağça”

22:30 - “Qaziantep” - “Alanyaspor”

İdman.Biz