"3 xal qazandığımız üçün futbolçularıma təşəkkür edirəm. Futbolçuların fərdi çıxışları üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas olan qələbədir, hətta oyun ideal olmasa belə. Biz indicə ağır və emosional baxımdan gərgin bir matç keçirdik. Heyətdə ciddi dəyişikliklər olmuşdu. Buna görə də meydana çıxan futbolçuları sərt şəkildə qiymətləndirmək ədalətsiz olardı”.
İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Premyer Liqasının ilk turunda “Kəpəz”lə oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Oyun 2:0 hesabı ilə “Sabah”ın qələbəsi ilə bitib.
“İlk hissədə istədiyimiz futbolu nümayiş etdirə bilmədik və tələsik qərarlar qəbul etdik. Fasilədən sonra müəyyən düzəlişlər etdik və vəziyyəti dəyişdik. Rəqibə qol epizodları yaratmağa imkan vermədik, müdafiəçilərimiz inamlı çıxış etdilər. Xoşbəxtlikdən, qələbəni əldə edə bildik. İndi növbəti oyuna hazırlaşmalıyıq. Bizi “Hapoel Beer-Şeva”ya qarşı çox çətin matç gözləyir”, - baş məşqçi əlavə edib.
