“Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq”.
İdman.Biz bildirir ki, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının ilk turunda “Sabah”la oyundan sonra deyib.
Oyun 2:0 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb.
“Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər".
Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik”, Məmmədov bildirib.
