Azərbaycanın “Neftçi” futbol komandası Türkiyənin “Başakşehir” klubunun gənc müdafiəçisi Albert Ajua Qomezi heyətinə cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Spor Depor” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Neftçi” 20 yaşlı stoperi satınalma hüququ ilə icarəyə götürüb.
28 iyul 2006-cı ildə anadan olan Qomez Qambiya vətəndaşıdır. Boyu 1,89 metr olan futbolçunun əsas mövqeyi mərkəz müdafiəçisidir. O, sol cinah müdafiəçisi kimi də çıxış edə bilir.
Qomez 2025-ci ildə Qambiyanın “Falcons FC” klubundan “Başakşehir”in U-19 komandasına keçib. Türkiyə Futbol Federasiyasının məlumatına əsasən, onun İstanbul klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
Müdafiəçi 2026-cı ilin martında icarə əsasında Gürcüstanın “Dinamo Tbilisi” sisteminə göndərilib.
Qomez “Başakşehir” U-19 komandasında 16 oyunda meydana çıxıb və bütün qarşılaşmalara start heyətində başlayaraq ümumilikdə 1440 dəqiqə oynayıb. Onun hesabında bir sarı vərəqə var.
