“Kəpəz”in zədəli futbolçusu Əli Səmədovun durumu açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Misli Premyer Liqasının altıncı turunda “Sumqayıt”la matçda əvəzlənən yarımmüdafiəçinin sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Qarşıdakı 2-3 həftədə yaşıl meydanlardan kənarda qalacaq Ə.Səmədov növbəti turda “Araz-Naxçıvan”la oyunu buraxa bilər.

Qeyd edək ki, Əli "Sumqayıt"la qarşılaşmada ikinci hissənin əvvəlində mübarizəyə qoşulsa da, zədə ucbatından cəmi 13 dəqiqə sonra əvəzlənib.
