“Qəbələ” “Karvan-Yevlax” və Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq

24 Sentyabr 2026 11:09
92
“Qəbələ” “Karvan-Yevlax” və Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq

“Qəbələ” futbol klubu milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə iki yoxlama oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” futbol klubu məlumat yayıb.

Bölgə təmsilçisi sentyabrın 27-si “Karvan-Yevlax”la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq.

İdman.Biz