“Turan Tovuz”da rəhbərlik dəyişəcək, büdcə artacaq

24 Sentyabr 2026 10:54
81
“Turan Tovuz”da rəhbərlik dəyişəcək, büdcə artacaq

“Turan Tovuz” futbol klubunda böyük dəyişikliklərin baş verəcəyi gözlənilir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, oktyabr ayında “Huner Group”un təsisçisi, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin klubdan ayrılacağı gözlənilir.

Bildirilib ki, bölgə təmsilçisinin yeni idarəetmə modeli də formalaşacaq.

Hazırda “Turan Tovuz”un büdcəsi 15 milyon manat təşkil edir. Yeni rəhbərliyin isə bu rəqəmi 25 milyon manatadək artırmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, sözügedən dəyişikliklərin oktyabr ayında rəsmiləşməsi gözlənilir.

İdman.Biz
Məqalədə: