Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı Bakıda Tacikistanla keçirilən yoldaşlıq matçında qazanılan 1:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, futbolçu komandanın daha keyfiyyətli oyun nümayiş etdirməyə və daha çox qol vurmağa ümid etdiyini bildirib.
“Daha yaxşı oynamaq, yaxşı futbol göstərmək və daha çox qol vurmaq istəyirdik, lakin belə alındı. Düşünürəm ki, bundan dərs çıxarmalı və növbəti matça hazırlaşmalıyıq. Oyun çətin keçdi. Biz özümüzə daha çox güvənməli və inanmalıyıq”, – deyə Qurbanlı vurğulayıb.
