UEFA Çempionlar Liqası: “Sabah”ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

24 Sentyabr 2026 10:41
90
UEFA Çempionlar Liqası: “Sabah”ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün 104 620 bilet satılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələyib. Klub bunu azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağının göstəricisi kimi qiymətləndirib.

Qeyd olunub ki, bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.

Bundan əlavə, Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanlarının olduğu bildirilib.

“Sabah”ın dörd ev oyunu üçün bilet satışı davam edir.

İdman.Biz
Məqalədə: