Premyer Liqadan millilərə 225 futbolçu - TOP-5-də liderdir

24 Sentyabr 2026 11:24
72
Premyer Liqadan millilərə 225 futbolçu - TOP-5-də liderdir

İngiltərə Premyer Liqası futbol üzrə hazırkı beynəlxalq fasilədə milli komandalara ən çox oyunçu göndərən TOP-5 çempionatıdır.

İdman.Biz xəbər verir ki, yayımlanan statistikaya əsasən, Premyer Liqa klublarından 225 futbolçu müxtəlif milli komandaların düşərgəsinə yollanıb.

Siyahıda ikinci pilləni İtaliya A Seriyası tutur. Bu çempionatdan 160 futbolçu milli komandalara çağırılıb. Football Italia da sentyabr-oktyabr beynəlxalq fasiləsi üçün A Seriyasından 160 futbolçunun əsas milli komandaların sərəncamına getdiyini yazır.

Sonrakı yerlərdə 134 futbolçu ilə Bundesliqa, 118 oyunçu ilə Liqa 1, 96 futbolçu ilə La Liqa qərarlaşıb.

İdman.Biz