Rodri “Real”ın təklifini açıqladı: “Mənim üçün hər şeyi etdilər”

24 Sentyabr 2026 11:40
88
Rodri “Real”ın təklifini açıqladı: “Mənim üçün hər şeyi etdilər”

İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Rodri karyerasını Kataloniya klubunda davam etdirməzdən əvvəl “Real Madrid”dən ciddi təklif aldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu COPE radiosunun “El Partidazo” proqramına müsahibəsində Madrid klubunun onun transferinə böyük maraq göstərdiyini bildirib.

Rodrinin sözlərinə görə, “Real” ilk andan etibarən onunla maraqlanıb və danışıqlarda maksimum səy göstərib:

“Madrid ilk andan maraq göstərdi. Onların davranışı nümunəvi idi. Mənim transferim üçün bütün imkanlarını ortaya qoydular. Bunun da qeyd olunmasını istəyirəm”.

Yarımmüdafiəçi “Real” nümayəndələri ilə birbaşa danışdığını da təsdiqləyib. Onun sözlərinə görə, Madrid klubunun göstərdiyi böyük maraq yekun qərarı verməsini daha da çətinləşdirib.

Rodri “Real” prezidenti Florentino Pereslə şəxsən danışıb-danışmadığı barədə suala isə konkret cavab verməyib:

“Bunu özümə saxlayacağam. Oradakı insanlarla danışdım. Onlar mənə nə qədər həvəsli olduqlarını və ora getməyimi nə qədər istədiklərini çatdırdılar”.

Sonda futbolçu başqa amillərin də qərarına təsir etdiyini və nəticədə “Barselona”nı seçdiyini bildirib. Hazırda o, Hansi Flikin rəhbərlik etdiyi komandada getdikcə daha çox oyun vaxtı qazanır və əsas heyətdə möhkəmlənir.

İdman.Biz