2026/2027-ci il mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasının "Əl-Nəsr" və "Əl-Fateh" komandaları arasında keçirilən ilk tur oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki "Əl-Əvvəl Park" stadionunda qarşılaşıblar. Hakim Feysəl Əl-Bələvi olub. Oyun ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Əl-Nəsr"in hücumçusu Qabriel Angelo ilk hissənin 37-ci dəqiqəsində hesabı açıb. João Feliks 40-cı dəqiqədə ev sahibi komandanın üstünlüyünü artırıb. Samo Kosta ikinci hissənin 73-cü dəqiqəsində hesabı 3:0 edib.
"Əl-Nəsr"in hücumçusu və kapitanı, 41 yaşlı Kriştianu Ronaldu matçda iştirak etməyib. O, oyunu tribunadan izləyib.
