“Qalatasaray” Türkiyə Superliqasının 29-cu həftəsində öz meydanında “Kocaelispor”u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın ilk dəqiqələrindən təzyiqi artıran İstanbul təmsilçisi 30-cu dəqiqədə Sanenin baş zərbəsi ilə hesabı açıb.
Qarşılaşmanın ikinci hissəsində qonaqlar tarazlığı bərpa etməyi bacarıblar. 72-ci dəqiqədə Bruno Petkoviç fərqlənib - 1:1.
;
Bu nəticədən sonra xallarını 68-ə çatdıran “Qalatasaray” liderliyini davam etdirsə də, ikinci pillədəki “Fənərbağça” ilə fərq iki xala qədər azalıb. 35 xalı olan “Kocaelispor” isə səkkizinci pillədəki mövqeyini qoruyub.
Növbəti turda “Qalatasaray” səfərdə “Gənclərbirliyi”nin qonağı olacaq, “Kocaelispor” isə doğma meydanda “Göztepe”ni sınağa çəkəcək.
21:59
Türkiyə Superliqasının 29-cu həftəsində “Göztepe” və “Kasımpaşa” komandaları üz-üzə gəlib. “Gürsel Aksel” stadionunda baş tutan qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, matçın 24-cü dəqiqəsində Juan meydan sahiblərini önə keçirib. Qonaqlar 45+1-ci dəqiqədə Ben Ouanes ilə tarazlığı bərpa ediblər.
İkinci hissəyə sürətli başlayan “Kasımpaşa” 52-ci dəqiqədə Adrian Benedıçak və 76-cı dəqiqədə Filip Krastevin öz qapısına vurduğu qol sayəsində hesabı 3:1-ə çatdırıb. Lakin İzmir təmsilçisi azarkeşlərinin təzyiqi altında geri dönüş etməyi bacarıb. 82-ci dəqiqədə Ceferson penaltini dəqiq yerinə yetirərək fərqi minimuma endirib. 89-cu dəqiqədə isə Malkom Bokele vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
Görüşün son saniyələri gərginliklə yadda qalıb. “Kasımpaşa”nın futbolçusu Kerem Demirbay 90+4-cü dəqiqədə hakimə qarşı qeyri-etik hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Göztepe” 47, “Kasımpaşa” isə 28 xala yüksəlib. Növbəti turda izmirlilər səfərdə “Kocaelispor”la qarşılaşacaq, “Kasımpaşa” isə “Alanyaspor”u qəbul edəcək.
17:53
Türkiyə Superliqasının 29-cu turunda “Konyaspor” öz meydanında “Fatih Karagümrük”ü qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Konyaspor”a qalibiyyət qazandıran qolları 21-ci dəqiqədə Blaz Kramer, 28-ci dəqiqədə Jakson Muleka və 90+2-ci dəqiqədə Dioqo Qonçalves vurublar.
Bu nəticədən sonra İlhan Palutun rəhbərlik etdiyi komandanın liqadakı məğlubiyyətsizlik seriyası beş oyuna yüksəlib. Xallarının sayını 34-ə çatdıran “yaşıl-ağlar” turnir cədvəlində səkkizinci pillədəki mövqelərini möhkəmləndiriblər. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Fatih Karagümrük” isə 20 xalda qalıb.
Növbəti turda “Konyaspor” səfərdə “Antalyaspor”un qonağı olacaq. “Fatih Karagümrük” isə doğma meydanda “Eyüpspor”u sınağa çəkəcək.
