"Kəpəz" futbol klubunun doğma arenası olan Gəncə şəhər stadionun əsas meydançasına xalça üsulu ilə hibrid ot örtüyü salınıb.
İdman.Biz xəbər verir ki, aprelin 20-dək yekunlaşdırılması planlaşdırılan işlər vaxtından tez icra edilib.
Məlumata görə, növbəti mərhələdə sahəyə toxumların səpilməsi mərhələsinə start veriləcək.
Qeyd edək ki, növbəti 45-60 gün ərzində meydança oyunların keçirilməsi üçün tam hazır vəziyyətə gətiriləcək.
