“Arsenal” və PSJ “Mançester Yunayted”in futbolçusu Leni Yoroya maraq göstərir.
İdman.Biz “Caught Offside”yə istinadən xəbər verir ki, 20 yaşlı fransalı futbolçu İngiltərə klubunda hazırkı rolundan narazıdır və vəziyyəti rəhbərliklə müzakirə etmək niyyətindədir.
Yaxın vaxtlarda tərəflərin görüşərək müdafiəçinin gələcəyi ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Digər klublar isə bu vəziyyəti Yoronun mümkün transfer təkliflərinə açıq olduğuna işarə kimi qiymətləndirirlər.
Hazırda futbolçuya əsas maraq “Arsenal” və PSJ tərəfindən göstərilir. Hər iki klub “Mançester Yunayted”dəki vəziyyətin inkişafını yaxından izləyir.
Yoro cari mövsümdə bütün turnirlərdə dörd matçda iştirak edib. Onun mankunianlılarla müqaviləsi 2029-cu ilin yayına qədərdir. Müdafiəçinin bazar dəyəri 50 milyon avro (100 milyon manat) qiymətləndirilir.
