İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının üçüncü turunda Xorvatiya ilə keçirəcəkləri oyun barədə danışıb.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, baş məşqçi rəqibin güclü tərəflərini tərifləyib.
“Burada bəyənilməyəcək nə var ki? Gözəl hava və səmimi insanlar. Biz Birləşmiş Ştatlarda birlikdə yeddi həftə keçirdik, ona görə də aramızda əla münasibət formalaşıb. Burada, bu gözəl məkanda olmaq və belə bir şəraitdə məşq etmək – bundan yaxşı nə ola bilər?
Sabah böyük futbol ənənələri olan və qürurlu ölkəni təmsil edən komanda ilə çətin oyun gözləyirik. Xorvatiya gənc və təcrübəli futbolçuların vəhdətindən ibarət, yüksək keyfiyyətli oyunçulara və gənc baş məşqçiyə malik komandadır. Hər kəs yeni baş məşqçi üçün əlindən gələni etməyə hazır olacaq.
Bu, kubok matçına - bəlkə də turnirin yarımfinalına bənzəyir. Mən Xorvatiya millisinin böyük azarkeşiyəm. Onların çox yüksək texniki səviyyəsi və güclü futbolçuları var. Bu, çox şey vəd edən oyundur”, – deyə Tuxel bildirib.
Qarşılaşma oktyabrın 3-də Xorvatiyanın Riyeka şəhərindəki eyniadlı stadionda keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşdə azarkeşlər tribunalarda olmayacaq. UEFA-nın intizam qərarına əsasən, tribunada yalnız böyüklərin müşayiəti ilə məktəblilər olacaq.
