Donnarumma Belçikaya ağır məğlubiyyətdən danışdı: “Əvvəl möcüzə deyildik, indi də zəif deyilik”

16 Noyabr 2026 22:43
34
Donnarumma Belçikaya ağır məğlubiyyətdən danışdı: “Əvvəl möcüzə deyildik, indi də zəif deyilik”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma UEFA Millətlər Liqasının altıncı turunda Belçikaya 1:4 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, italiyalı qolkiperin sözlərini jurnalist Canluka Di Martsionun saytı yayıb.

İtaliya millisinin qapıçısı komandasının Millətlər Liqasından kənarda qalmasına münasibət bildirib:

“Biz 1/4 finala yüksəlmək istəyirdik. Təəssüf ki, bu da yeni yolumuzun bir hissəsidir. Belə yüksəlişlər və enişlər olur. Fransa ilə möhtəşəm oyun keçirdik, amma bu qarşılaşmaya bir qədər yorğun çıxmışdıq”.

Donnarumma məğlubiyyətin komandanın inkişafına kölgə salmadığını vurğulayıb:

“Bu, keçdiyimiz yolun bir hissəsidir. Əvvəllər möcüzə deyildik, indi də zəif komandaya çevrilməmişik. Heç kim yolumuzun bu qədər maraqlı olacağını gözləmirdi. Əla oyunlar keçirdik. Belçika bizdən güclü idi. Başımızı dik tutaraq yolumuza davam edəcəyik”.

Qeyd edək ki, İtaliya millisi UEFA Millətlər Liqasının A Liqasının birinci qrupunda 10 xalla üçüncü yeri tutaraq turnirlə vidalaşıb. Belçika isə 12 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz