İngiltərə millisinin hücumçusu Harri Keyn 78 ildir təkrarlanmayan rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçu UEFA Millətlər Liqasının altıncı turunda İspaniyaya qarşı səfər matçında (3:2) fərqlənərək İngiltərə millisinin heyətində ardıcıl yeddi səfər oyununda qol vuran ikinci futbolçu olub.
Bununla da “Bavariya”nın hücumçusu əfsanəvi Tom Finninin rekordunu təkrarlayıb. “Preston”un sabiq futbolçusu 1946-cı ilin sentyabrından 1948-ci ilin mayına qədər İngiltərə millisinin ardıcıl yeddi səfər qarşılaşmasında rəqib qapısına yol tapıb.
Keynin qol seriyası isə 2025-ci ilin iyununda başlayıb. O, həmin vaxtdan bəri millinin səfərdə keçirdiyi yeddi görüşün hamısında fərqlənərək ümumilikdə 10 qol vurub.
İngiltərə millisinin kapitanı növbəti səfər oyununda da qol vuracağı təqdirdə, Finninin rekordunu yeniləyəcək.
Qeyd edək ki, Keyn İngiltərə millisinin tarixində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçudur. Onun hesabında 127 matçda 93 qol var.
