“Barselona”nın Bakıya gələcək futbolçusunun evini qarət edən şəxs saxlanılıb

16 Noyabr 2026 20:07
31
“Barselona”nın Bakıya gələcək futbolçusunun evini qarət edən şəxs saxlanılıb

“Barselona”nın müdafiəçisi Pau Kubarsinin evindən oğurluq edən şəxslərlə bağlı araşdırmada yeni təfərrüatlar üzə çıxıb.

İdman.Biz “La Vanguardia” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun evindən oğurlanan saatın qara bazarda satışa çıxarılması şübhəlilərin müəyyənləşdirilməsinə kömək edib.

Hadisə 2025-ci il dekabrın 30-da, Kubarsi komandasının məşqində olarkən baş verib. Naməlum şəxslər onun evinə daxil olaraq təxminən altı min avro dəyərində saatı oğurlayıblar.

Polis araşdırma zamanı “Barselona”nın digər futbolçusu, qapıçı Xuan Qarsiyaya məxsus oğurlanmış saatın da satışa çıxarıldığını müəyyən edib.

Aparılan əməliyyat nəticəsində oktyabrın 1-də 58 yaşlı Arsim Blaku və daha iki şübhəli saxlanılıb.

Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.

İdman.Biz