“Liverpul” hücumameyilli yarımmüdafiəçi Florian Virtsin oyununda gözlənilən irəliləyiş baş vermədiyi halda, futbolçunu 2027-ci ilin yayında satmağa hazırdır.
İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun qış transfer pəncərəsində komandadan ayrılması isə istisna olunur.
Virtsin mümkün transferinə onun illik 20 milyon avro məbləğində maaşı mane ola bilər. Bununla belə, “Mançester Siti”, “Arsenal” və “Çelsi”nin bu maliyyə şərtlərini qarşılamaq imkanında olduğu bildirilir.
Almaniyalı futbolçu 2025-ci ilin yayında “Liverpul”a keçib. O, bu müddətdə bütün turnirlərdə 55 matçda iştirak edib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Virtsin “Liverpul”la müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 100 milyon avro (200 milyon manat) qiymətləndirilir.
