Qordon Azərbaycanda Çempionlar Liqasının tarixinə düşdü

26 Noyabr 2026 00:29
52
Qordon Azərbaycanda Çempionlar Liqasının tarixinə düşdü

UEFA “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatan “Sabah”la qarşılaşmada dubl edən Entoni Qordonu matçın ən yaxşı futbolçusu seçib. İngiltərəli hücumçu, həmçinin Çempionlar Liqasının tarixində unikal rekorda imza atıb.

İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu turnir tarixində eyni xarici ölkədə keçirilən səfər oyunlarında ən çox qol vuran ingiltərəli oyunçu olub.

Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda keçirilən görüşün 31-ci və 51-ci dəqiqələrində fərqlənən Qordon Azərbaycanda vurduğu qolların sayını altıya çatdırıb.

Xatırladaq ki, hücumçu bu ilin fevralında İngiltərənin “Nyukasl” klubunun heyətində Ağdamın “Qarabağ” komandasına qarşı Bakıda keçirilən görüşdə dörd qol vurub.

Maraqlıdır ki, Qordona tarixi rekorda imza atmaq üçün Azərbaycan paytaxtında cəmi iki qarşılaşma keçirmək kifayət edib.

Qeyd edək ki, Qordon cari mövsümün əvvəlində 80 milyon avro qarşılığında “Nyukasl”dan “Barselona”ya transfer olunub.

İdman.Biz