“Yuventus” 30 milyon avroluq hücumçunu daha ucuz qiymətə transfer edə bilər

26 Noyabr 2026 00:50
32
“Yuventus” 30 milyon avroluq hücumçunu daha ucuz qiymətə transfer edə bilər

İtaliyanın “Yuventus” futbol klubu qış transfer pəncərəsində İngiltərənin “Kristal Palas” komandasının hücumçusu Jan-Filipp Matetanı heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

İdman.Biz “Juventus News 24” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun London klubu ilə müqaviləsinin 2027-ci ilin iyununda başa çatması Turin təmsilçisinə sərfəli şərtlərlə transfer həyata keçirmək imkanı yarada bilər.

Mateta fiziki göstəricilərinə görə “Yuventus”un baş məşqçisi Luçano Spallettinin hücum xəttində görmək istədiyi futbolçu profilinə uyğundur. Bununla belə, fransalı hücumçunun fiziki hazırlıq vəziyyəti İtaliya klubunda müəyyən narahatlıq doğurur.

Mateta cari mövsümdə İngiltərə Premyer Liqasında dörd qarşılaşmada iştirak edib və meydanda ümumilikdə 167 dəqiqə keçirib.

Bazar dəyəri təxminən 30 milyon avro (55,8 milyon AZN) olan futbolçunun yanvarda daha aşağı məbləğə transfer edilməsi mümkündür. Turin klubu alternativ variant kimi mövsümün sonunda hücumçunu azad agent statusunda heyətinə qatmağı da nəzərdən keçirir.

İdman.Biz