“Monako”nun akademiya siyasəti: Klub istedad axtarışını Fransadan kənara çıxarır

2 Oktyabr 2026 23:36
98
“Monako”nun akademiya siyasəti: Klub istedad axtarışını Fransadan kənara çıxarır

“Monako” futbol klubunun akademiyasının direktoru Sebastyan Mye klubun gənc istedadların axtarışı və inkişafı istiqamətindəki fəaliyyətindən danışıb.

İdman.Biz "Get French Football News"ə istinadən xəbər verir ki, Mye “Monako”nun ən perspektivli fransalı futbolçularla işləməklə yanaşı, beynəlxalq səviyyədə də istedad axtarışını davam etdirdiyini bildirib.

“Biz ən böyük potensiala malik fransız oyunçularla işləmək istəyirik, lakin əsas etibarilə “Monako” beynəlxalq səviyyədə işləməyə çalışır. Biz artıq qlobal səviyyədə çalışırıq. Danimarkanın 17 yaşadək milli komandasında çıxış edən və son iki mövsümdə bizimlə olan hücumçumuz var. Bu o deməkdir ki, bizim işimiz Fransanın hüdudlarından da kənara çıxır. Bu, olduqca maraqlıdır. Bu gün fransız dili ilə yanaşı, “La Diqonal” akademiyasının divarları arasında getdikcə daha çox ingilis dilini eşidirik”, – deyə Myeni vurğulayıb.

İdman.Biz