İnsayder Ronaldunun Jezuşla münaqişəsinin səbəbini açıqladı

2 Oktyabr 2026 23:21
93
İnsayder Ronaldunun Jezuşla münaqişəsinin səbəbini açıqladı

Kriştianu Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş arasında baş verən münaqişənin yeni detalları ortaya çıxıb. Hadisədən sonra hücumçu milli komandanın düşərgəsini tərk edib.

İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, tanınmış insayder Fabrisio Romano Ronaldunun baş məşqçinin hərəkətlərindən ciddi şəkildə məyus olduğunu bildirib.

“Kriştianu Ronaldu çox məyusdur. O, Jorje Jezuşun onu aldatdığını hiss edir. Məşqçi onu 30 dəqiqə ərzində məşq etməyə (qızışma hərəkətlərinə) məcbur etdi, lakin meydana buraxmadı. Ronaldu Jezuşla danışdı və o, ictimai şəkildə üzr istəməyə hazır idi, lakin sonda bunu etmədi”, – deyə Romano vurğulayıb.

İnsayderin sözlərinə görə, tərəflər arasındakı münasibətlər Jezuşun komandanın heyətini şəxsən müəyyənləşdirəcəyini bildirməsindən sonra tamamilə pozulub.

“Məhz həmin anda onların arasındakı münasibətlər tamamilə pozuldu və Ronaldu komandanın düşərgəsini tərk etdi. Hazırda vəziyyət çox gərgindir. Ronaldu bundan sonra necə hərəkət edəcəyinə özü qərar verməlidir. Jezuş tezliklə vəziyyətlə bağlı açıqlama verəcək”, – deyə Romano əlavə edib.

Qeyd edək ki, Portuqaliya millisi növbəti matçını oktyabrın 4-də evdə Norveçə qarşı keçirəcək.

İdman.Biz