Türkiyənin “Fənərbağça” klubu “Turan Tovuz”la yoldaşlıq oyunu üçün Bakıya gəldikdən sonra Azərbaycana həsr olunmuş paylaşım edib.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb.
“Fənərbağça” paylaşımını “Salam, qardaş, can Azərbaycan!” sözləri ilə müşayiət edib.
Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyunu bw gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
