“Vilyarreal” Nikolas Pepenin göz əməliyyatının Günəş tutulması ilə əlaqəsini təkzib etdi - VİDEO

23 Noyabr 2026 11:36
42
“Vilyarreal” Nikolas Pepenin göz əməliyyatının Günəş tutulması ilə əlaqəsini təkzib etdi - VİDEO

“Vilyarreal” futbolçusu Nikolas Pepenin gözündən keçirdiyi əməliyyatın Günəş tutulmasını qoruyucu vasitə olmadan izləməsi ilə əlaqəli olduğu barədə yayılan məlumatları təkzib edib.

31 yaşlı fil dişi sahilli hücumçu oktyabrın əvvəlində əməliyyat olunub. O, həmin ayın sonunda meydana xüsusi qoruyucu maska ilə qayıdıb. Bu barədə iddialar “Vilyarreal”ın La Liqada “Barselona”ya 2:3 hesabı ilə uduzmasından sonra sosial şəbəkələrdə və idman mediasında yayılıb.

İdman.Biz xəbər verir ki, klub məsələ ilə bağlı rəsmi açıqlama yayıb:

“Son günlər müxtəlif KİV-lərdə yayılan məlumatlarla əlaqədar bildiririk ki, Nikolas Pepenin göz əməliyyatı ilə Günəş tutulmasını izləməsi arasında hər hansı əlaqənin olması barədə iddialar tamamilə yalandır. Əməliyyat əvvəlcədən planlaşdırılıb və bu hadisə ilə heç bir əlaqəsi olmayan səbəblərdən keçirilib. Klub futbolçularının sağlamlığı ilə bağlı xəbərlərin işıqlandırılmasında medianı dəqiqliyə və məsuliyyətə çağırır”.

Qeyd edək ki, Pepe cari mövsümdə “Vilyarreal”ın heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Əlavə edəki ki, “Vilyarreal” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibidir. “Sabah” dekabrın 8-də səfərdə “Vilyarreal”ın qonağı olacaq.

İdman.Biz
Məqalədə: