“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, onun yubileyi Misli Premyer Liqasının 12-ci turunun “Qarabağ”la ev matçına təsadüf edib. 29 yaşlı müdafiəçi 100 matçda bir qola imza atıb.
Debütü 2015/2016 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.
