Azərbaycan İkinci Liqasında bu gün iki oyun keçiriləcək

23 Noyabr 2026 10:52
47
Azərbaycan İkinci Liqasında bu gün iki oyun keçiriləcək

Futbol üzrə Azərbaycan İkinci Liqasında 12-ci tur davam edir.

İdman.Biz xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki matç saat 14:00-da başlayacaq. “Şəmkir” “Ağdaş”la, “Difai” isə “Marafon”la üz-üzə gələcək.

Azərbaycan İkinci Liqası
12-ci tur
23 noyabr (bazar ertəsi)
14:00. “Şəmkir” - “Ağdaş”

Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Samir Cabbarov, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şirvan. Olimpiya İdman Kopmpleksinin stadionu

14:00. “Difai” - “Marafon”
Hakimlər: Nəriman Ağayev, Sadiq Əliyev, Əkbər Əliyev, Rauf Salamov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. “Palms Sports Futbol Mərkəzi (IV meydança)

Qeyd edək ki, “Qaradağ Lökbatan” “Şirvan”ı 1:0, “Kür-Araz” “Şəki”ni 3:1, “Hypers” isə “Ağstafa Gəncləri”ni 2:0 hesabı ilə məğlub edib. “Zəngəzur”un UEFA Region Kubokunda iştirakı səbəbindən “Dinamo” ilə görüşü təxirə salınıb.

İdman.Biz